Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilkin mərhələdə 8 milyon ton yükü qəbul edə biləcəkdir
AzerTAg.az
Bakı, 9 dekabr (AZƏRTAC). Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilkin mərhələdə 8 milyon ton yük qəbul edə biləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir.
M.Pənahov bildirmişdir ki, birinci mərhələnin yekununda liman ilə 8 milyon ton yükün və 50 min irihəcmli konteynerin qəbulu və göndərilməsi mümkün olacaqdır. Daşımaların həcmi artdıqca limanın imkanları 25 milyon ton quru yük və 1 milyon konteynerin daşınmasını təmin edəcəkdir.
Xəzər dənizində ən qədim limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı şəhərin sürətli inkişafı ilə bağlı olaraq daşımalar üçün müəyyən məhdudiyyətlər yaradırdı. Limanın Avropa, Qafqaz və Asiya ticarət əlaqələrində vacibliyini nəzərə alaraq, Bakıdan 60 kilometr cənubda böyük nəqliyyat qovşağı olan Ələt qəsəbəsində Yeni Ticarət Limanının tikintisi aparılır.
Xəbərin mətnində orfoqrafik səhv var