İDMAN


Bakı Beynəlxalq Gimnastika Federasiyasının Konqresinə ilk dəfə ev sahibliyi edəcək

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı dekabrın 2-3-də ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinə ev sahibliyi edəcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, FIG-nin nizamnaməsinə əsasən, bu qurumun ali orqanı olan konqresə 115-dən çox ölkədən 300-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Konqresdə FIG-nin prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun gimnastika növləri üzrə texniki komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. FIG-yə daxil olan qitə ittifaqlarının rəhbərləri hesabat məruzələri ilə çıxış edəcək, sonra qurumun rüblük maliyyə planı təsdiqlənəcək. Bunlarla yanaşı, FIG-yə yeni üzvlərin qəbulu, həmçinin hər hansı federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə olunacaq və növbəti Konqresin keçiriləcəyi yer müəyyənləşəcək.

FIG-nin rəhbər orqanlarının, o cümlədən bu quruma üzv federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişində müzakirə olunacaq. Həmçinin beynəlxalq qurumun qaydalarına və Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsi məsələsinə baxılacaq.

Bir qayda olaraq, Konqresdən əvvəl - noyabrın 29-da FIG-nin Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun icra komitəsinin iclasları keçiriləcək, daha sonra Konqresə start veriləcək.

Xatırladaq ki, 2017-ci ilin mayında FIG-nin rəhbər orqanlarından olan FIG Şurasının iclası da Bakıda keçirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.