CƏMİYYƏT


Bakı Beynəlxalq Humanitar Forumunun ardından Avropa İttifaqının sammitində feyk xəbərlərlə bağlı bəyanat qəbul edilib

Brüssel, 14 dekabr, AZƏRTAC

Bu ilin oktyabrında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında feyk-xəbərlərə qarşı mübarizə məsələləri müzakirə edilib. İşçi sessiyada aparıcı ekspertlərin bu problemə dair məruzələri dinlənilib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının bu gün Brüsseldə başa çatmış ikigünlük sammitində qəbul edilmiş Bəyanatda feyk xəbərlərin demokratik ölkələr üçün "strateji çağırış" olması vurğulanıb.

Sənəddə bu rüsvayçı hallara qarşı mübarizə sahəsində təcili tədbirlər görülməsinin vacibliyi vurğulanıb. Xəbər verdiyimiz kimi, bundan əvvəl Avropa Komissiyası da yanlış məlumatlandırma ilə mübarizə üzrə öz proqramını açıqlayıb. Bu qurum seçkilər ərəfəsində feykmeykerlərin seçki prosesinə mümkün müdaxiləsindən narahatlığını da ifadə edib.

Bəyanatda hər hansı konkret bir dövlətin adı çəkilməyib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.