ELM VƏ TƏHSİL


Bakı Beynəlxalq Kitab Sərgisində MEK-in stendi maraqla qarşılanıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Səkkizinci Bakı Beynəlxalq Kitab Sərgisində AMEA Mərkəzi Elmi Kitabxanasının stendi maraqla qarşılanıb. Kitabxananın stendinə yaxınlaşan ziyarətçilərə MEK-in əməkdaşları tərəfindən təqdim edilən hər bir kitab haqqında ətraflı məlumat verilir.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Kitablardan bəziləri - “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)”, “Oxu mədəniyyəti keçmişdən bu günə”, “Paris arxivi. Dördüncü kitab 1931-1940” və s. nəşrlər qonaqlara hədiyyə edilib.

Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, icraçı direktor dosent Şəhla Tahirqızı nəşriyyatların, kitab evlərinin təqdim etdiyi nəşrlərlə tanış olublar, yazıçılarla görüşərək kitab və mütaliə ətrafında maraqlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, MEK-in stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgilənir. Eləcə də MEK-in fondlarında olan sənədlər əsasında nəşr olunmuş biblioqrafik göstərici “Şuşa 270”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər biblioqrafik göstəricilər yer alır.

Qeyd edək ki, sərginin sonuncu günü MEK stendindəki bütün kitablar ziyarətçilərə hədiyyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.