CƏMİYYƏT
Bakı Beynəlxalq Məktəbinin yetirmələri Tbilisidə basketbol yarışında uğurla çıxış ediblər
Tbilisi, 16 fevral, AZƏRTAC
Bakı Beynəlxalq Məktəbinin (BİS) (Baku İnternational School) şagirdləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblərarası basketbol yarışında uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, BİS-in yetirmələri finalda Ermənistan komandası üzərində 41:20 hesablı qələbə qazanaraq kuboka sahib olublar.
Məktəbin komandasının baş məşqçisi və nümayəndə heyətinin rəhbəri Stefan Şervud (Stephen Sherwood) AZƏRTAC-a bildirib ki, hər il keçirilən ənənəvi basketbol yarışmasında BİS-in 22 şagirdi 3 qrupda mübarizə aparıb.
“Şagirdlərimiz öz bacarıqlarını nümayiş etdirməklə yanaşı, Bakı Beynəlxalq Məktəbinin adını bir daha qaliblər sırasına yazdırıblar”, - deyə Şervud vurğulayıb.
BİS şagirdlərinin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi