Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün Beynəlxalq layihələr” Qeyri-Hökumət Təşkilatının rəhbəri Arye Qutdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcrübəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, praqmatik siyasi xadiminə və layiqli liderinə səmimi hörmət və minnətdarlığımı bir daha bildirmək istərdim.

Sizin ardıcıl, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası əsil regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində öz məxsusi və nüfuzlu yerini tutub.

Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsil nümunəsi olub və bu gün də belədir. Məhz Sizin praqmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada presedenti olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazanmısınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Arye Qut

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

“Cəmiyyət üçün Beynəlxalq layihələr” Qeyri-Hökumət Təşkilatının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin