CƏMİYYƏT


Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, konfransda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyində heyvanların identifikasiya sistemi, HACCP (risk təhlili analizi və kritik nöqtələrə nəzarət) sisteminin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən tətbiqi, Kodeks Alimentarius standartları və digər məsələlər üzrə yerli, xarici dövlət qurumlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.