MƏDƏNİYYƏT


Bakı Beynəlxalq Qısa Filmlər Festivalına ssenari qəbulu elan edilib

Bakı, 18 avqust, AZƏRTAC

Noyabrın 11-dən 15-dək Bakıda keçiriləcək XIII Beynəlxalq Qısa Filmlər Festivalına qeydiyyat başlayıb.

AZƏRTAC xəbər verir ki, müəlliflər 30 dəqiqədən çox olmayan qısametrajlı filmlərini təqdim etməlidirlər. Həmçinin rejissorlar öz layihələrini beynəlxalq, yerli və “Cinemobil” müsabiqə bölmələrinə təqdim edə bilərlər.

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl nar”dır. Bu, simvolik olaraq bətnində cənnətdən gələn onlarla toxum, ideya və enerji daşıyan qadını təsvir edir. “Qızıl nar”la yanaşı, festivalda bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim ediləcək.

Festivalla bağlı daha ətraflı məlumatı https://filmfestival.az. saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.