ELM VƏ TƏHSİL
Bakı Biznes Universitetində “Məzun günü” keçirilmişdir
Bakı, 30 iyun (AZƏRTAC). İyunun 30-də Bakı Biznes Universitetində (BBU) “Məzun günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, BBU-nun rektoru, professor İbad Abbasov əlamətdar gün münasibətilə məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır .
İbad Abbasov müasir müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ümummilli Liderin bu siyasətinin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə universiteti fərqlənmə ilə bitirən gənclərə diplomlar təqdim edilmişdir. Həmçinin bu ali təhsil müəssisəsini müxtəlif idman yarışlarında, müsabiqə və festivallarda uğurla təmsil etmiş tələbələrə hədiyyələr verilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.