MƏDƏNİYYƏT


Bakı Caz Festivalı soul musiqisinin ustadı Omar Lye-fukun möhtəşəm konserti ilə açılacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakı Caz Festivalı soul musiqisinin və fankın ustadı Omar Lye-fukun möhtəşəm konserti ilə açılacaq.

AZƏRTAC xəbər verir ki, həmin gün musiqiçi “Elektra Events Hall”da özünün 50 illik yubileyini də qeyd edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə təşkil olunacaq festival oktyabrın 28-dək davam edəcək. Festival günlərində caz musiqisinin ustadlarının peşəkar konsertləri 14 gün müddətində həm təcrübəli intellektual dinləyicilər, həm də dinamik musiqi həvəskarları üçün mənəvi qida olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.