MƏDƏNİYYƏT


Bakı Caz Mərkəzi yeni mövsümün açılışına hazırlaşır

Bakı, 17 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Bakı Caz Mərkəzində yeni mövsümün açılışı münasibətilə qala konsert olacaq.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konsertdə əməkdar artistlərdən Tofiq Cabbarov, Ruslan Hüseynov, İsfar Sarabski, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, beynəlxalq caz festivallarının iştirakçılarından Əfqan Rəsulov, Elçin Şirinov, Ülviyyə Rəhimova, Aysel Məmmədova və başqaları çıxış edəcək.

Bakı Caz Mərkəzində bu mövsümdə tamaşaçıları maraqlı konsertlər, musiqiçilərin yeni layihələri, gündəlik canlı caz proqramı gözləyir. Mövsümün əsas hadisəsi isə oktyabrın 19-dan noyabrın 1-dək davam edəcək “Bakı Caz Festivalı – 2014” olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.