MƏDƏNİYYƏT


Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Dövlət Sirkinin orkestri 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Zabitlər bağında çıxış edib.

AZƏRTAC xəbər verir ki, orkestr repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın bu olsun”, “Arşın mal alan” operettalarında yer alan musiqiləri səsləndirib.

Qeyd edək ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.