MƏDƏNİYYƏT


Bakı Dövlət Sirki “Zəfər” düşərgəsinin bağlanış mərasimində çıxış edib

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Dövlət Sirkinin bədii heyəti Qubada Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan “Zəfər” düşərgəsinin bağlanış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, düşərgə Quba STEAM Mərkəzində təşkil olunub. Bağlanış mərasimində iştirak edən sirkin yaradıcı kollektivi bir saatlıq əyləncəli proqramla çıxış edib.

Qeyd edək ki, düşərgəyə 74 şəhid övladı qatılıb. Bir həftə davam edən tədbirdə uşaqlar üçün müxtəlif növ təlimlər təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.