MƏDƏNİYYƏT


Bakı Dövlət Sirki ilə Moskva Dövlət Sirki arasında əlaqələr genişlənir

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də mədəniyyət naziri Əbülfəs Qarayevlə Bakı Dövlət Sirkinin dəvəti ilə paytaxtımızda qastrol səfərində olan Y.Nikulin adına “Svetnoy bulvarda” Moskva Dövlət Sirkinin direktoru, Sirk İncəsənəti Akademiyasının akademiki Maksim Nikulin arasında görüş olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir iki ölkə arasında mədəniyyətin bütün sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Bakı Dövlət Sirki ilə Rusiya sirki arasında hələ ötən əsrdən başlanan əlaqələr bu gün də uğurla davam etdirilir. Nazir, həmçinin gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əlli ildən sonra yenidən Bakıya səfərindən məmnunluğunu ifadə edən Maksim Nikulin Bakı şəhərinin özünəməxsus gözəlliyi ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, Moskva Dövlət Sirki ilə Bakı Dövlət Sirki arasında uzunmüddətli əlaqələrin nəticəsi olaraq oktyabrın 27-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı münasibətilə məşhur “Nikulinin Qızıl Sirki” paytaxt tamaşaçılarının görüşünə gələcək.

Sonra qarşılıqlı layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.