MƏDƏNİYYƏT


Bakı Dövlət Sirki yeni mövsümə beynəlxalq proqramla başlayır VİDEO

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilov bildirib.

Onun sözlərinə görə, noyabrın 27-nə kimi davam edəcək proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Əlavə olaraq, Bakı Dövlət Sirkində uzun illərdən sonra zəruri təmir - bərpa işləri görülməsindən də söz açılıb.

Bildirilib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.

Bakı Dövlət Sirkində yeni mövsümdə heyvanlarla, xüsusilə atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub.

Qeyd edək ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.