MƏDƏNİYYƏT


Bakı Dövlət Sirkinin yeni veb-saytı istifadəyə verilib

Bakı, 22 iyun, AZƏRTAC

Yeni truppası və orkestri ilə bu günlərdə yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirkinin (BDS) rəsmi veb-saytı (circus.az) istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, müasir dizaynda təqdim edilən yeni saytda altı əsas bölmə yer alır. Yeni loqo ilə təqdim edilən saytda “haqqımızda”, “afişa”, “qalereya”, “xəbərlər”, “korifeylər” və “əlaqə” bölmələrində sirkin fəaliyyəti ilə maraqlanan hər kəs özünə aid olan məlumatı əldə edə bilər.

Saytda xəbərlərlə yanaşı, reportaj, müsahibə və araşdırma məqalələri də yayımlanır.

Fərqli formatda hazırlanan sayt vasitəsilə sirkin tamaşaları üçün onlayn bilet satışı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.