ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti Nişantaşı Universiteti ilə əməkdaşlığa başlayıb

Bakı, 20 noyabr, AZƏRTAC 

Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın və rektorun müşaviri Sibel Baykut Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkən E.Babayev Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümunəsi göstərməsi, daima mənəvi dəstək olduğunu vurğulayıb.

Rektor son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Professor Şenay Yalçın ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün məqsədi sırasında elm, texnologiyalar, təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə BDU ilə Nişantaşı Universiteti arasında elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.