ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı, 30 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi Həbibə Şirinovanın həmmüəllif olduqları məqalə “Web of Science”, “Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan “Journal of Inorganic and Organometallic Polymers and Materials” adlı yüksək impakt faktorlu jurnalda dərc olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Polivinilidenflüorid, maqnetit nanohissəcikləri və çoxlaylı karbon nanoboruları əsasında yeni üç fazalı polimer nanokompozitlər: sintezi, quruluşu və xassələri” adlı məqalədə dəmir oksidi, çoxlaylı karbon nanoborusu və PVDF polimer matrisi əsasında 2 və 3 fazalı polimer nanokompozit sisteminin alınması işlənib, onun strukturu tədqiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.