ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) arasında universitetlərarası onlayn konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, konfransda BDU-nun fəal gəncləri, TGT və THİK-in fəalları və RAGB gənclər təşkilatının üzvləri iştirak ediblər. Konfransda Azərbaycan həqiqətlərinin gənclərin vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması, tələbə təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, müştərək layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

Qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün milli mədəniyyətimizi, ənənələrimizi, adətlərimizi layiqincə təmsil edir, xalqımızın zəngin tarixi irsinə məhəbbətlə yanaşır, o cümlədən RAGB rəhbərliyinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir.

Sonda belə müzakirələrin gələcəkdə də mütəmadi davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.