ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti elm və təhsilimizə əvəzsiz töhfələr verib

Bakı, 14 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” mövzusunda konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Sonra universitetin tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin “Respublikada milli kadrların hazırlanmasında BDU-nun rolu”, professor Nuru Məmmədovun “Bakı Dövlət Universiteti milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur”, “Gənc istedadlar” liseyinin müəllimi Rəna Həsənovanın “Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin ilk yadıgarıdır” mövzularında məruzələri dinlənilib.

Digər çıxış edənlər də Bakı Dövlət Universitetinin elm və təhsilimizə verdiyi əvəzsiz töhfələrdən bəhs ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.