ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti ilə Estoniyanın Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

Bakı, 4 noyabr (AZƏRTAC). Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universitetinin rektoru Volli Kalm Bakı Dövlət Universitetində (BDU) olmuşdur.

Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi və inkişaf mərhələlərindən, dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikitərəfli əlaqələrindən danışmışdır.

Rektor Tartu Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdən məmnun qaldığını qeyd edən Volli Kalm Tartu Universiteti barədə məlumat vermiş, BDU ilə əməkdaşlığın əhəmiyyətli olacağına əminliyini bildirmişdir.

Sonra Bakı Dövlət Universiteti ilə Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənəddə kimya, biologiya, riyaziyyat və kompyuter elmləri, informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak məsələləri nəzərdə tutulur.

Qonaq BDU-nun elmi-tədqiqat laboratoriyaları ilə də tanış olmuşdur.

Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır və Estoniyanın ən tanınmış ali təhsil müəssisələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.