ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti ilə PAŞA Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və PAŞA Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, memorandumu PAŞA Bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov və universitetin rektoru Elçin Babayev imzalayıblar.

Memorandumda PAŞA Bank və BDU arasında müasir təhsil (elm) proqramlarının reallaşdırılması sahəsində birgə əməkdaşlığın perspektivli sahələrinin inkişaf etdirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarının, innovasiyaların tətbiqi, təhsil və bank sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın istifadəsi, təhsil və bank xidmətləri sahəsində birgə seminar, treninq, konfrans və digər təhsil tədbirlərinin təşkili, PAŞA Bankda universitet tələbələri üçün staj keçirilməsi və s. nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev PAŞA Bankın yaradılmasının 14-cü ili münasibətilə qonaqları təbrik edərək, universitet və PAŞA Bank arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnun olduğunu bildirib. Rektor BDU ilə PAŞA Bank arasında əməkdaşlığın perspektivləri haqqında danışıb.

PAŞA Bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov çıxışında bildirib ki, təmsil etdiyi qurum bir tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verir. T.Kazımov bankın gənclərin peşəkar kadr kimi yetişməsinə daim dəstək olduğunu və BDU ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.