ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, son illərdə dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, ikili diplom proqramlarını həyata keçirən BDU beynəlxalq əlaqələrini genişləndirir. Hazırda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi universitetinin inkişaf strategiyasında prioritet istiqamətlərdən hesab olunur. BDU ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanan müqavilədə də bu istiqamətdə atılan növbəti addım kimi təhsil müəssisələri arasında akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov imzalayıblar.

Müqavilənin məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap etdirilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, mədəni proqramların təşkili, akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı təmin etməkdir.

2020-ci ildə 600 illiyini qeyd edən Səmərqənd Dövlət Universitetində 15 fakültə, 19 mərkəz və şöbə fəaliyyət göstərir. Ümumilikdə 34 bakalavr və 40 magistr proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.