ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti şəhid məzunlarının xatirəsini daim əziz tutur

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində BDU-nun bir qrup kollektivi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun ailəsini ziyarət edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, ziyarətdə universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini İkram Cəbrayılov, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər.

Şəhidin valideynləri Həsən Əhmədov və Xatirə Əhmədova Nicatın Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, ölkəmizin ərazi bütövlüyü naminə onun göstərdiyi fədakarlıqdan bəhs edib, övladları ilə qürur duyduqlarını deyiblər.

Görüşdə torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun örnək olması, hər bir Azərbaycan vətəndaşının qəhrəmanlarımızla qürur duyduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.