ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti üç beynəlxalq reytinq siyahısında yer alıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Dünyanın 20 min universitetini araşdıran şirkət siyahıya yalnız 1000 universitetin adını daxil edib.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, bu ilin sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız BDU reytinqdə 801+ yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, “Round University Ranking” beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə qiymətləndirilir: tədrisin keyfiyyəti (40 faiz), tədqiqatların keyfiyyəti (40 faiz), beynəlmiləlləşdirmə (10 faiz), maliyyə sabitliyi (10 faiz). Reytinq siyahısı ilə aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür:

http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018

Bakı Dövlət Universiteti, eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Webometrics”in 2018-ci il reytinq cədvəlinə düşüb. BDU (3.656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5.817 və 6.495-ci yerlərdə qərarlaşıb. Ətraflı məlumatı aşağıda qeyd edilən linkdən oxumaq olar:

http://www.webometrics.info/en/Europe/Azerbaijan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.