ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin birgə tədbiri: “COVID-19”un həyatımıza təsiri

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Azərbaycan Tibb Universitetinin Stomatologiya və İctimai səhiyyə fakültələri Tələbə Elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə “COVID-19-un həyatımıza təsiri” adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Rahilə Əhmədovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekanı Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhrəmanov, universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirak ediblər.

Dekan Abdülsəyid Əzizov koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atılan addımlardan danışıb və BDU-da görülən qabaqlayıcı, önəmli tədbirlər barədə məlumat verib.

Sonra “COVID-19-a yoluxanda orqanizmdə baş verən dəyişikliklər və virusun mutasiyası”, “Dezinfeksiyada istifadə edilən maddələr”, “Virusdan qorunmaq üçün istifadə edilən maskalar və onların tərkibi”, “COVID-19-un molekulyar səviyyədə quruluşu”, “COVID-19 psixologiya və fiziologiyamıza necə təsir göstərir?” mövzularında təqdimat və çıxışlar edilib.

Çıxışlarda COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəliyin əlamətləri, eyni zamanda, vaksinlərin hazırlanması, infeksiyadan qorunma üsulları, yeni epidemiya təhlükəsinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.