ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Holon Texnologiya İnstitutunun (İsrail) birgə təşkilatçılığı ilə dekabrın 20-21-də “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçiriləcək tədbirin məqsədi alimin irsini öyrənmək, qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə mütəxəssislər ilə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

Beynəlxalq konfransda qeyri-səlis nəzarət, tətbiqi riyaziyyat və aproksimasiya nəzəriyyəsi, diferensial tənliklər və tətbiqləri, maşın (texnika) öyrənilməsinin tətbiqləri, qeyri-səlis dinamik sistemlər və Xaos nəzəriyyəsi, ümumi mühəndisliyin tətbiqləri, qeyri-səlis topologiya, qeyri-səlis cəbr və digər istiqamətlər üzrə məruzələr dinləniləcək.

Tezislər BDU-nun saytında yerləşdirilmiş link vasitəsilə noyabrın 1-dək təqdim edilməli və ingilis dilində olmalıdır. Ətraflı məlumat BDU-nun saytında verilib.

E-poçt: [email protected].

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.