ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində 2020/2021-ci tədris ili üzrə yekun dövlət attestasiyası keçiriləcək

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 158 nömrəli Qərarının icrası ilə əlaqədar BDU-da 2020/2021-ci tədris ilində yekun dövlət attestasiyasının keçirilməsi haqqında müvafiq qərar qəbul olunub.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib. ISESCO-nun təşəbbüsü və BDU-nun təşkilatçılığı ilə iyulun 26-29-da universitetdə keçiriləcək gənc tədqiqatçılar üçün tərs mühəndislik (reverse engineering) və proqramlaşdırma üzrə təlimlər haqqında müzakirə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.