ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı, 15 yanvar, AZƏRTAC

Mayın 21-dən 23-dək Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunacaq konfransda tarix, dil, ədəbiyyat, beynəlxalq münasibətlər, sosiologiya, regionşünaslıq və digər humanitar, ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq. Belə ki, tədbirdə “Azərbaycan dövlətçiliyi tarixi: cümhuriyyətə gedən yol”, “XIX əsrin sonu-XX əsrin əvvəllərində milli oyanış gələcək müstəqilliyin əsası kimi”, “Azərbaycançı məfkurə milli dövlət quruculuğunun əsası kimi”, “BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi” və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Konfransa panel və fərdi məruzə tezisləri qəbul edilir.

Tezislər fevralın 28-dək qəbul olunacaq. Tezisləri qəbul edilən təqdimatçılar tələb olunan həcmdə məruzə mətni hazırlamalı və mayın 10-dək konfransın elektron ünvanına - [email protected] göndərməlidirlər. Məruzələr konfransdan sonra “Tarix və onun problemləri” jurnalının AXC-nin 100 illiyinə həsr edilmiş nömrəsində çap olunacaq. Məqalə üçün qoyulan tələblərlə

http://publish.bsu.edu.az/az/content/tarix_ve_onun_problemleri_jurnali_illerle linkində tanış olmaq mümkündür.

Konfransda iştirak ödənişsizdir.

Ətraflı məlumatı BDU-nun rəsmi saytında əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.