ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində “Elmi kitabxana və Heydər Əliyev irsi” sərgisi açılıb

Bakı, 17 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Elmi kitabxana və Heydər Əliyev irsi” mövzusunda sərgi açılıb.

Sərgi universitetin elmi kitabxanası tərəfindən təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, sərginin açılışında çıxış edən elmi kitabxananın direktoru Sara İbrahimova ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, kitabxana işinə də yüksək dəyər verdiyini, bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Sərgidə dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən çoxlu sayda kitablar, jurnallar və digər materiallar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.