ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Konstitusiya Gününə həsr olunan onlayn tədbir keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Bəxtiyar Nəbiyev 10 noyabr - Qələbə Günü münasibətilə iştirakçıları təbrik edərək, 25-ci ildönümü qeyd olunan Konstitusiya gününün əhəmiyyətindən bəhs edib.

Tarix fakültəsinin dekanı vəzifəsini icra edən professor İbrahim Zeynalov məruzəsində Azərbaycan Respublikasının müstəqillik və dövlətçilik tarixində yeni səhifə açan Konstitusiyanın böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu, müstəqil dövlətçiliyimizin əsas prinsiplərini, xalqımızın istək və arzularını əks etdirdiyini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyünün bərpası ilə Əsas Qanunun təməl müddəalarının ölkənin bütün ərazisində bərqərar olmasının əhəmiyyətindən danışıb.

Konstitusiyanın mahiyyəti və hüquqi xüsusiyyətləri haqqında çıxış edən Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ali qanunverici sənədin müddəaları barədə ətraflı məlumat verib.

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsinin dövlətimizin gələcək inkişafında və tərəqqisindəki rolundan söz açıb.

Sonda fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Babazadə və tələbələr mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.