ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Ulu Öndərin xatirəsi anılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərin möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını söyləyib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb.

Qeyd edilib ki, 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır.

Akademik Nizami Cəfərov, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, Əməkdar jurnalist, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Ulu Öndərin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətlərindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, xatirələrini bölüşüblər. Çıxışlarda Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan ümummilli lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.