ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Yaponiya Mədəniyyəti Festivalı keçirilib

Bakı, 22 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə Beşinci Yaponiya Mədəniyyəti Festivalının 1-ci hissəsi təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti, Bakıda fəaliyyət göstərən INPEX, TEPSCO şirkətlərinin təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayev, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanaka, səfirliyin əməkdaşları, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev və digərləri iştirak ediblər.

Tədbirdə Yaponiya Mədəniyyəti Festivalının keçirilməsinin Azərbaycanda yaponşünaslıq ixtisasının tədrisinin inkişafına müsbət təsirindən, o cümlədən iki ölkə arasında humanitar əlaqələrin daha da dərinləşməsinə təsirindən danışılıb.

Festivalın 1-ci hissəsində BDU, ADU, Yapon.az kursunun, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri, 245 nömrəli orta məktəbin şagirdləri mahnı, rəqs, tamaşalar, idman-döyüş hərəkətlərindən ibarət səhnəciklər nümayiş etdiriblər.

Qeyd edək ki, festivalın II hissəsi aprelin 27-də, BDU-nun II tədris binasının VI və VII mərtəbələrində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.