ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində bakalavr pilləsində təhsil alan 4347 tələbə onlayn imtahanlarda iştirak edib
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 2-də bakalavr pilləsində təhsil alan 200 qrup üzrə 4347 (45 nəfəri "SABAH" qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində 13 ixtisaslaşmada 7 fənn üzrə 53 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 370 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilir. Tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]