ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib VİDEO

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Bakı Dövlət Universitetində (BDU) əmək yarmarkası keçirilib. Yarmarkada BDU-nun IV kurs tələbələri və magistrlər, həmçinin universitetin məzunları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, yarmarka tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədilə reallaşıb. İyirmiyədək müəssisənin təmsil olunduğu tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar.

Yarmarkaya işlə bağlı müraciət edən tələbə və magistrlər müvafiq işlə təmin edildiklərindən razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, əmək yarmarkasında Əmlak Məsələləri Dövlət Komitəsi, SOCAR AQŞ, BP Azərbaycan, “Azərsu” ASC, “Deloitte” şirkəti, “Xalqbank”, “Kapital Bank”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və digər şirkətlər vakant iş yerlərini təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.