ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində əməkhaqları artırılıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə reallaşdırılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb. O, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU-nun əməkdaşlarının, o cümlədən universitetin Qazax filialı kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Bununla yanaşı, iclasda “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarına uyğun olaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin artırılması ilə əlaqədar maliyyə imkanları nəzərə alınmaqla gələcəkdə də əməkhaqlarının davamlı olaraq artırılması məsələsinə baxılacağı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.