ELM VƏ TƏHSİL


Rəfiqə Əliyeva ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.

Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb.

Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan Abel Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdirilməsinə həsr edilib. Alimin rəhbərliyi ilə yaradılmış ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında gənc alimlər onun fəaliyyətinin akademik davamçıları olacaqlar. Görkəmli alimin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdiriləcək.

Alimin qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva bildirib ki, Rəfiqə xanım Əliyeva ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib, kimya sahəsində elmi məktəb yaradıb. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyevanın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük uğurlar əldə edirlər.

Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.