ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası başa çatıb

Bakı, 11 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası uğurla başa çatıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 10-da bakalavriat pilləsində 180 qrup üzrə 4011 (262 nəfəri “SABAH” qrupundan olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 37 ixtisaslaşmada 29 fənn üzrə 122 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 30 qrup üzrə 483 tələbə imtahanlarda iştirak edib.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Lazımi texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib, tələbələrin hamısı imtahanları müvəffəqiyyətlə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.