ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində onlayn tədbir: Şəhidlərimizin əziz xatirəsinə

Bakı, 11 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Şəhidlərimizin əziz xatirəsinə” adlı onlayn tədbir keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə dekan müavinləri Taleh Qəhrəmanov və Fuad Kərimli, kafedra müdirləri İbrahim Məmmədov, Rasim Aliosmanovun şəhidlərin əziz xatirəsinə həsr olunmuş çıxışları dinlənilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan, onların sayəsində qazandığımız Qələbə münasibətilə Azadlıq meydanında keçirilən Zəfər paradından bəhs edilib.

Sonra tələbələr şəhidlərimizin qəhrəmanlığı, Qarabağ və Vətən müharibəsi haqqında çıxış ediblər. Çıxışlarda şəhidlərin xalq tərəfindən heç vaxt unudulmadığına diqqət çəkilib. Tələbələrin şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün atdıqları addımlar yüksək qiymətləndirilib.

Sonda Kimya fakültəsinin II kurs tələbələrinin iştirakı ilə çəkilmiş “Şəhidlər ölməz” adlı videoçarx təqdim edilib. Tədbir bədii hissə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.