ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində onlayn yay məktəbi təşkil edilib

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin yay məktəbi təşkil edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 27-dən fəaliyyət göstərən yay məktəbində dərslər həftə içi hər gün saat 09:00-dan 19:00-dək “Microsoft Team” platforması üzərindən onlayn keçirilir. Onlayn dərslərdə 185 fənn üzrə 970-dən çox tələbə iştirak edir. Prosesə 150-dən çox müəllim cəlb olunub. Yay məktəbi avqustun 28-dək davam edəcək. Tələbələr nəzəri kurs biliklərini öyrəndikdən sonra imtahan verəcəklər.

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” haqqında qərara əsasən keçirilən yay məktəbinə tələbələrin qeydiyyatı onlayn aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.