ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində tədris prosesinin istehsalatla əlaqələndirilməsinə xüsusi diqqət yetirilir

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsi ilə “Geoid” MMC arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, memorandumun imzalanmasında məqsəd universitetdə tədris prosesinin istehsalatla əlaqələndirilməsi, elm-təhsil-istehsalat arasında inteqrasiyanın gücləndirilməsi, tələbələrdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, yerquruluşu, torpaq və şəhər kadastrı, torpaqşünaslıq və aqrokimya ixtisasları sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılmasıdır.

İmzalanma mərasimində fakültənin dekanı, professor Nazim Şəmilov əməkdaşlığın səmərəli olacağına əminliyini vurğulayıb.

“Geoid” MMC-nin direktoru Yasin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Memorandumda birgə kadr hazırlığı, istehsalat-çöl təcrübələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması və s. məsələlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.