ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində yay imtahan sessiyası başlanıb

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn davam edəcək.

İyunun 7-də 244 qrup üzrə 5603 tələbə (596 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 517 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 102 ixtisaslaşmada 59 fənn üzrə 425 nəfər imtahan verib. İmtahan prosesində heç bir neqativ hal müşahidə edilməyib. İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı imtahan qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə onun nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.