ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilində Elmi şuranın ilk iclası onlayn keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, iclasda təhsil ocağının rektoru Elçin Babayev şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Rektor “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarının icrası haqqında” Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli F-391 nömrəli əmrindən irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Pandemiyanın davam etməsi ilə əlaqədar virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə təlimat kitabçasının hazırlanması, universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının yenidən formalaşdırılması, 2021-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Əlavə təhsil üzrə tələbə qəbulunun və BDU-nun “Gənc istedadlar” liseyinə şagird qəbulunun nəticələri, yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.

Rektor distant dərslərin təşkil edilməsi və idarə olunmasında fəal iştirak edən struktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə rəhbərlik adından təşəkkür edib, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.