ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində növbəti onlayn elmi seminar

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində "Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformatik xəritələşdirilməsi" mövzusunda onlayn elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, fakültənin dekanı Şəkər Məmmədova elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atıldığını deyib, həmçinin fakültənin əldə etdiyi elmi uğurlardan danışıb.

Xəritəşünaslıq, geoinformatika ixtisası üzrə doktorant Çingiz Qurbanov "Azərbaycanda magistral su təchizatı xətlərinin monitorinqi və onların geoinformatik xəritələşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib. Çıxışda təsərrüfatın müxtəlif sahələrində olduğu kimi, su təchizatı kəmərləri sisteminin istismarı zamanı onların vəziyyətinin, o cümlədən yüksəklik cəhətdən monitorinqinin həyata keçirilməsinin vacib məsələ olduğu qeyd edilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, professor Fərda İmanov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Yaqub Qəribov, dosentlər Sahilə Allahverdiyeva, Əfqan Talıbov, İradə Əliyeva, Asəf Cərullayev, Mehman Mehbalıyev çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Onlayn seminar iştirakçıların elmi müzakirələri ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.