ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq mərkəzi təqdim edir - “Zəfər marşı”

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində bir sıra kəndlər və əlverişli yüksəkliklər Ermənistan işğalından azad olunub. Bu münasibətlə Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi BDU TV ilə birgə “Zəfər marşı” kompozisiyasını hazırlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan musiqi nömrəsi mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.