ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Psixoloji yardım sektoru müharibə dövründə zərər çəkmiş vətəndaşlara xidmət göstərəcək

Bakı, 2 dekabr, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun əməkdaşı Natavan Həsənzadə Vətən müharibəsi dövründə erməni terrorundan zərərçəkmiş və sığınacaqda olan uşaqlara psixoloji yardım məqsədilə bir ay xidmət göstərəcək. Xidmət UNICEF-in müvafiq layihəsi çərçivəsində həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, UNICEF psixoloji yardım və dəstək göstərəcək psixoloqlar və sosial işçilər üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində üç ekspress-təlim keçirib. Oktyabrın 22-dən başlayaraq keçirilmiş təlimlərdə BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə fəal iştirak ediblər. Layihənin ilkin mərhələsində Natavan Həsənzadə və bir qrup psixoloq və sosial işçi Gəncə, Bərdə, Ağcabədi və Goranboyda uşaqlara bir ay müddətində psixoloji yardım göstərəcək.

Layihənin əsas məqsədi Vətən müharibəsi dövründə zərər çəkmiş uşaqların posttramvatik stres mərhələsindəki psixoloji sağlamlıqlarının bərpasına və normal həyata adaptasiya olunmalarına kömək göstərməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.