REGİONLAR


Bakı Dövlət Universitetinin Qazax filialında “Qazax mahalının alimləri” kitabı təqdim olunub

Qazax, 15 noyabr, Famil Quliyev, AZƏRTAC

Bakı Dövlət Universitetinin Qazax filialında “Qazax mahalının alimləri” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, filialın direktoru Vüsət Əfəndiyev mərasimi açaraq, qazaxlı ziyalılar haqqında kitabın işıq üzü görməsinin sevindirici hal olduğunu deyib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın ziyalılar rayonu olduğunu qeyd edərək, belə bir kitaba böyük ehtiyac duyulduğunu bildirib. O, qazaxlı elm adamları, ziyalıları haqqında bundan sonra da belə dəyərli kitabların yazılacağına əmin olduğunu söyləyib.

Kitabın müəllifləri Salatın Əhmədli və Rövşən Babanlı çıxış edərək, “Qazax mahalının alimləri” kitabının necə ərsəyə gəlməsindən söz açıblar. Qeyd ediblər ki, kitab ensiklopedik məlumat mənbəyidir. Gələcək nəsillər Qazaxda anadan olmuş elm adamları haqqında bu kitab vasitəsilə məlumat əldə edə biləcəklər.

Sonra ziyalılar Məhəbbət Dəmirçiyev, Rüstəm Kamal, Hüseyn Xəlilov, Natəvan Dəmirçioğlu, Rafael İncəyurd, Zaməddin Ziyadoğlu çıxış ediblər.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxışında Qazaxda elmə, təhsilə böyük diqqət və qayğı göstərildiyini bildirərək yeni kitabın önəmindən bəhs edib, bunun qazaxlı ziyalılara dəyərli töhfə olduğunu vurğulayıb.

Qeyd edək ki, “Qazax mahalının alimləri” 512 səhifədən ibarət ensiklopedik məlumat kitabıdır. Kitabda Qazaxda anadan olmuş 711 elm adamı haqqında məlumatlar yer alıb. Ön sözün müəllifi akademik Teymur Bünyadovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.