ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin alimi perovskit birləşmələrin kristal quruluşlarını tədqiq edib

Bakı, 13 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri professor Rövşən Əliyevin həmmüəllifi olduğu “Perovskitlərdə struktur faza keçidinin ehtimal modeli” (Probabilistic model of structural phase transition in perovskites) adlı məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu (IF=1.668) “Modern Physics Letters B” jurnalında çap olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə təsadüfi proseslər nəzəriyyəsindən istifadə olunmaqla perovskit birləşmələrin kristal quruluşları və faza keçidləri tədqiq edilib. Qurulmuş ehtimal modelinə əsasən perovskitlərdə struktur faza keçidlərinin təsnifatı aparılıb, ən çox yayılmış kristal strukturları və struktur faza keçidləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.