ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin aliminin məqaləsi beynəlxalq bazada yüksək hədd əsasında istinad alıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə sahə və nəşr ili üçün “Clarivate Analytics” (“Thomson Reuters”) beynəlxalq elmmetrik bazasında yüksək istinad həddi əsasında riyaziyyat elmi sahəsinin ən yaxşı nümayəndələrinin 1 faizinə daxil olmaq üçün istinad alıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Discrete and Continuous Dynamical Systems-Series B” 1.008 yüksək impakt faktorlu jurnalda dərc edilib. “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar" adlı məqalədə tərs Hölder sinfinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorların məhdudluq məsələləri araşdırılıb.

Vurğulanıb ki, bu hal professor Vaqif Quliyevin 2018-ci il üçün “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Mathematical Analysis and Applications” və 2019-cu ildə “Analysis and Mathematical Physics” yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilmiş məqalələrinə də şamil edilib.

Qeyd edək ki, elmi qiymətləndirmənin mötəbər sistemi “Clarivate Analytics” agentliyidir. Baş ofisi ABŞ-ın Filadelfiya şəhərində olan agentlik “Web of Science” məlumat platformasında yerləşir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.