ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin bakalavriat pilləsində qiyabi təhsil alan 99 tələbə onlayn imtahanlarda iştirak edib
Bakı, 8 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyası davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 7-də bakalavriat pilləsinin qiyabi şöbəsində təhsil alan 107 qrup üzrə 99 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində 71 ixtisaslaşmada 66 fənn üzrə 279 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 308 tələbə imtahanlarda iştirak edib.
Bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:38]
AzTU-da gənc alimlər üçün seminar keçirilib
- 25.04.2024 [14:23]
“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar
- 25.04.2024 [13:45]
“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb
- 25.04.2024 [12:58]
Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
- 25.04.2024 [12:20]